Baku Community Space sizi salamlayır!
Baku Community Space USAID və Black Sea Trust-ın maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Bizim əsas məqsədimiz yeni fəaliyyət göstərən, lakin resurs çatışmazlığı ilə üzləşən təşəbbüslərin vətəndaş cəmiyyətində iştirakını artırmaq, onlara davamlı fəaliyyət göstərmək üçün texniki dəstək və bacarıqlarla təmin etməkdir.
Biz kimik?
Baku Community Space müxtəlif təlim proqramlarından, layihələrdən yararlanmaq istəyən və işləmək üçün rahat mühit axtarışında olan gənclər üçün açıqdır.
Bizə üzv olaraq təlim, seminar, konfrans və digər tədbirlərinizi məkanda keçirə bilərsiniz
BCS-in təşkil etdiyi daxili proqramlardan faydalanaraq bilik və bacarıqlarınızı artıra bilərsiniz.
Birgə iş otağında sürətli internet və rahat mühitdən faydalana bilərsiniz.
Məkandan faydalanmaq üçün formu dolduraraq bizə qoşula bilərsiniz.