Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Mühazirə | Memarlıqda artan tələblər

May 13 @ 7:00 axşam - 7:30 axşam

Free
Əziz dostlar,

Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir!

📘 Mövzu: Memarlıqda artan tələblər

Memarlıq qarşısında duran ibtidai tələblərdən tutmuş, bugünümüzə qədər olan və gələcəkdə ola biləcək tələblərlə bağlı texniki və sosial tərəflər nədir? Tarixdən nümunələrlə onları necə daha səmərəli formada istifadə edə bilər, buna qəlib kimi yanaşa bilər və ya dəyişə bilərikmi?


🎙️ Spiker: Urfan Məmmədov, memar

Urfan Məmmədov Azərbaydan Dövlət Rəssamlıq Akademiyasında Memarlıq ixtisasını fərqlənmə ilə bitirib, Milanın SPD universitetində İnteryer Elmi üzrə magistraturanı bitirmişdir. Sloveniya, Bolqarıstan, Xorvatiya, İtaliya kimi ölkələrdə Memarlıq təlimlərində təcrübəçi və müəllim kimi iştirak edib. Ölkədə ilk Memarlıq bloqunun, ilk Memarlıq üzrə xüsusi dərslərin və ilk Memarlar klubunun təsisçisidir. Hal-hazırda PMD Projects şirkətində baş Memar kimi fəaliyyət göstərir. Eyni zamanda Bakı Mühəndislik Universitetində Layihələndirmənin Əsasları fənni üzrə dərs deyir.


🗓️ Tarix və məkan:

Mühazirə 13 May, saat 19:00-da başlayır. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.

Məkan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

🔗 Qeydiyyat:

Mühazirədə iştirak qeydiyyatladır. Yerlər məhduddur.

Qeydiyyat linki: https://forms.gle/43nHpMS7dJPmdAqd9

Qeyd: Təşkil olunan tədbirdə iştiraka yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir. Tədbir zamanı karantin rejiminin qaydalarına əməl etməyinizi və tibbi maskalardan istifadə etməyinizi xahiş edirik.

Details

Date:
May 13
Time:
7:00 axşam - 7:30 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/6Kffo3SZe

Organizers

Əkinçi
Baku Community Space

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map