Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Gənc Sosial İşçilər üçün İncəsənət Akademiyası

İyun 18 @ 12:00 axşam - İyul 1 @ 4:00 axşam

Free
Ritual Mobil Teatr Laboratoriyası 4 günlük həyata keçiriləcək “Gənc Sosial İşçilər üçün İncəsənət Akademiyası” layihəsi çərçivəsində təlimlərə qəbul başlamışdır!

Layihə Bakıda yaşayan 18-30 yaş aralığında olan sosial iş sahəsində təhsil alan gənclərin təcrübələrini artırmaq məqsədi daşıyır. Layihəyə seçilən iştirakçılar uşaq rifahı və hüquqları, etik prinsiplər, uşaqlarla incəsənət texnikaları ( kölgə teatr, oyuncaq hazırlanması, hekayə söyləmə, yaradıcı düşüncə bacarıqları ) mövzularında lazım olan bacarıqlarla təmin olunacaqlar. Əlavə olaraq, layihə iştirakçıları incəsənət akademiyası çərçivəsində geniş imkanlar əldə edəcəklər. Təlimlər 18,19, 30 iyun və 1 iyul tarixlərində 4 gün olmaqla həm nəzəri, həm də praktiki əsaslarla təşkil olunacaqdır.

18-30 yaş aralığında olan sosial iş ixtisasında təhsil almış tələbə, məzun və gənclər iştirak üçün müraciət edə bilər.

Təlimlər Azərbaycan dilində keçiriləcək və təlimlərdə iştirak ödənişsizdir.
📌 Qeydiyyat üçün müraciət linki: https://cutt.ly/AJF3CP8
⏳ Müraciət üçün son tarix: 16 iyun 2022
📥 Layihə ilə bağlı hər hansı sualınız yaranarsa, bizimlə əlaqə saxlayın:
Mobil: +994515142479
E-mail: [email protected]
Məkan: Baku Community Space, SAT plaza, 7-сi mərtəbə. Bəşir Səfəroğlu 133

❗ Qeyd: Təşkil olunan təlimlərdə iştiraka yalnız COVID-19 pasportu və ya COVID-19 immunitet sertifikatı olduğu təqdirdə icazə verilir.

Details

Start:
İyun 18 @ 12:00 axşam
End:
İyul 1 @ 4:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/6N87jIIMv

Organizers

Ritual Mobil Theater Laboratory
Baku Community Space

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map