Skip to content
Loading Events

« All Events

  • This event has passed.

DoLAB – xəyal etdiyin icmanı qur!

İyun 28 @ 7:00 axşam

Free
"Həmişə öz sosial məkanını açmaq istəmisən? Öz komandanı formallaşdırıb, kiçik bir layihəyə başlamaq istəmisən? Öz atelyeni, kitab klubunu, yaradıcı studiya və ya emalatxananı, musiqi və ya rəqəmsal platformanı qurmaq, xidmət və məhsulunu təqdim etmək istəyirsənsə bu layihə sırf sənin üçündür.
Bu layihə sənə görmək istədiyin işlər üçün effektiv komandanın formalaşdırılması, düzgün ünsiyyət qurmaqla görüşlərin keçirilməsi, proqramların qurulması, vəsaitin təmin olunması və idarə olunmasının ən birbaşa və rahat yollarını öyrədəcək.

• NƏ OLACAQ?
Bir həftə ərzində sizə sadaladığımız mövzuları əhatə edən təcrübəli təlimçilər tərəfindən bir neçə təlim keçiriləcək. Qısa zamanda layihənizi həyata keçirmək üçün zəruri olan mövzuları effektiv üsullarla öyrənəcək, əylənərək , maraqlı və faydalı zaman keçirəcək, Bakı və Gəncədə müxtəlif icmalar ilə görüş və səfərlərdə iştirak edəcəksiniz.
Təlimlər ərzində siz quracağınız layihə üçün struktur, plan, komanda, araşdırma metodları və maddi dayanıqlılıq haqqında məlumatlandırılacaqsınız

Layihənin sonunda uğurlu formalaşmış komandalara mentorluq dəstəyi göstəriləcək & layihə yazılacaq.

Tərəfdaşlıq və təşkilati dəstək @bakucommunityspace @salaamcinemabaku

Details

Date:
İyun 28
Time:
7:00 axşam
Cost:
Free
Event Tags:
,
Website:
https://fb.me/e/1sg1T0aRu

Organizers

Baku Community Space
Art Garden Ganja

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map