Əziz dostlar,
25 noyabr Qadınlara Qarşı Zorakılıq Əleyhinə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar olaraq Femiskop, Fem-Utopia və Baku Community Space-in əməkdaşlığı ilə rejissor Pelin Esmerin "Oyun" filminin nümayişi həyata keçiriləcək.
Film Arslanköy kəndində qadınların iştirakı ilə qoyulan tamaşa haqqındadır. Bu tamaşa həmin qadınların yaşadığı xoşagəlməz hadisələrdən bəhs edir. Film boyu onların həyat tərzini hekayələrlə bölüşmələrini, tamaşanın yazılması prosesini və sonda ifalarını görə bilirik.