Skip to content
Loading Events

« All Events

  • This event has passed.

GenDar Art

May 7 @ 10:00 səhər - May 15 @ 6:00 axşam

Free
USAID Azerbaijan və Black Sea Trust-ın maliyyə dəstəyi ilə Baku Community Space tərəfindən həyata keçirilən “Öz Sözün Olsun” proqramının gender qrupu sizi "GenDar Art” layihəsində iştiraka dəvət edir!

Gender mövzularının nə qədər gen, bu mövzularla bağlı fikirlərin isə bir o qədər dar olduğu cəmiyyətdə gənclərin məlumatlandırılması layihənin əsas məqsədidir. Seçilən iştirakçılarla “Gender və cinsi sağlamlıq” “Zorakılıq və zorakılıqla mübarizə yolları” ilə bağlı təlimlər keçiriləcək. Əlbəttə, “Art” hissəsi də unudulmayıb. Bunun üçün sonda təlimlərdə qazanılan bilik və bacarıqların möhkəmləndirilməsi məqsədilə Sosial Teatr baş tutacaq.

Layihəyə Bakı ərazisində yaşayan 18-26 yaş aralığında olan tələbələr, məzunlar və digər gənclər müraciət edə bilər.

Təlimlər Azərbaycan dilində keçiriləcək və sonda iştirakçılar sertifikatla təltif ediləcək.

Layihə 5 günlük nəzərdə tutulmuşdur. 7, 8, 9, 14, 15 may 2022
Müraciət üçün son tarix: 28 aprel 2022
Qeydiyyat formu: https://bit.ly/3uSJ6Jv

Layihənin baş tutacağı məkan: Baku Community Space
Ünvan: SAT plaza, 7-ci mərtəbə, Bəşir Səfəroğlu 133

Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın:
E-mail: [email protected]

Qeyd: Müsahibəyə dəvət edilmə və seçim mərhələsi namizədlərin müraciət etmə tarixinə əsasən aparılacaq. Bu səbəblə iştirakçılardan mümkün qədər tez müraciət etməyi xahiş edirik.

Qeyd: Layihədə iştirak üçün COVİD-19 pasportu və ya COVİD-19 immunitet sertifikatı vacibdir.

Details

Start:
May 7 @ 10:00 səhər
End:
May 15 @ 6:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/1qoluLEr9

Organizer

Baku Community Space
Email:
https://www.bakucommunityspace.com/

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map