Skip to content
Loading Events

« All Events

  • This event has passed.

İctimai müzakirə: Qadınlara qarşı məişət zorakılığı

Mart 6, 2022 @ 2:00 axşam - 4:30 axşam

Free
“Meclis.info” Parlamentin Monitorinq Platforması sizi məmnuniyyətlə “Qadınlara qarşı məişət zorakılığı” mövzusunda ictimai müzakirə tədbirinə dəvət edir.
Tədbirdə ölkədə məişət zorakılığı ilə bağlı durum , yaranma səbəbləri, hansı formalarda təzahür etdiyi və eyni zamanda Milli Məclisin və onun müvafiq qurumlarının bu məsələnin həlli ilə bağlı yanaşmaları müzakirə olunacaq.
Bununla yanaşı, dövlət və cəmiyyətin birgə problemi kimi məişət zorakılığının qarşısının alınmasına diqqət yetirilməzsə, hansı fəsadların baş verəcəyinə dair müzakirələr aparılacaq.

İctimai müzakirə tədbirində hüquqşünaslar, qadın hüquqları müdafiəçiləri, ictimai fəallar və media nümayəndələri iştirak edəcəkdir. Həmçinin, Milli Məclisin Ailə, qadın və uşaq komitəsinə də dəvət göndərilib, müvafiq komitənin deputatlarının da iştirakı gözlənilir.
Qeydiyyatdan keçən şəxslərə yer barədə məlumat veriləcək:

https://bit.ly/meishetzorakiligi

Tədbir 6 mart 2022-ci il, saat 14:00-15:30-da keçiriləcəkdir.

Əlaqə nömrəsi: +994702229516

Details

Date:
Mart 6, 2022
Time:
2:00 axşam - 4:30 axşam
Cost:
Free

Organizers

Baku Community Space
Məclis info

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map