
Keçmiş Məhkumların Sosial Adaptasiyası - Panel Müzakirə və Film Nümayişi
Sizləri "Stereotiplərdən Azad Ol" layihəsi çərçivəsində həyata keçirilən Keçmiş Məhkumların Sosial Adaptasiyası Panel Müzakirə və Film Nümayişi tədbirinə dəvət edirik. Tədbirimiz 17 Aprel 16:30 da Baku Community Space-də keçiriləcək. Tədbirdə keçmiş məhkumların üzləşdiyi önyargıları əks etdirən qısa film və sənədli film tədqim olunacaq. Panel Müzakirə çıxışçıları keçmiş məhkumların cəmiyyətə adaptasiyasının hüquqi, psixoloji və sosial tərəflərini müzakirə edəcək, suallarınızı cavablandıracaqlar.
> Təhmasib Cavadzadə - Klinik Psixoloq - Psixoterapevt
> Zibeydə Zəkəriyyə - Hüquqşünas
> Elmir Valehli - Sosial İşçi
Moderator - İlkin Əliyev - Dayanıqlı İnkişaf üzrə Müstəqil Ekspert - İstanbul Universitetinin Doktorantı
Tədbir açıq furşet masası ətrafında sərbəst müzakirələrlə yekunlaşacaq.
Qeydiyyat linki: https://forms.gle/sgd1SvgwGQ3bSeMo6
Tədbirə dəvət üçün qeydiyyat şərtdir. Yerlər məhduddur - qeydiyyatdan keçən ilk 50 nəfər üçün dəvət göndəriləcək. Qeydiyyatdan keçməyə tələsin.