Skip to content
Loading Events

« All Events

  • This event has passed.

“Krizis vəziyyətləri və ilkin psixoloji yardım” təlimi

May 7 @ 10:00 səhər - May 8 @ 2:00 axşam

Free
USAID Azerbaijan və Black Sea Trust-ın maliyyə dəstəyi ilə Baku Community Space tərəfindən həyata keçirilən “Öz Sözün Olsun” proqramının ictimai sağlamlıq qrupu sizi “Krizis vəziyyətləri və ilkin psixoloji yardım” təliminə dəvət edir!
Layihə psixologiya ixtisası üzrə təhsil alan tələbə və məzunlar üçün nəzərdə tutulmuşdur.
Layihənin məqsədi krizis, böhran hallarının artdığı indiki dövrdə , insanları bu mövzuda maarifləndirmək və öyrəndikləri bilikləri tətbiq etmələrinə yardımçı olmaqdır. Təlim krizis vəziyyətlərinin aşkarlanması və aradan qaldırılması, böhran vəziyyətləri, böhran vəziyyətlərinə müdaxilə, stressin idarə olunması, (intihar, panik atak , PTSP) və s. mövzularını əhatə edəcəkdir. Təlimlər zamanı iştirakçılara stresi idarəetmə bacarıqları, böhran hallarının insan psixologiyasına təsiri, böhran vəziyyətinin yaratdığı psixi travmalar, eyni zamanda, bu hallarla baş edə bilmək üçün, bacarıqların inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş metodikalar, nəfəs texnikaları və müvafiq faydalı tapşırıqlar öyrədiləcək.
Təlim 7-8 may, 10:00 -14:00 (ümumilikdə 8 saat olmaqla) aralığında, kofe fasiləsi olmaqla 2 gün ərzində klinik psixoloq Günel Quliyeva tərəfindən keçiriləcək.
Günel Quliyeva – Klinik psixoloqdur. 2005-2009 cu illər Bakı Dövlət Universitetinin (BDU) “Sosial Elmlər və Psixologiya “fakültəsinin Psixologiya ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2009-2011 ci illərdə isə, BDU-nun klinik psixologiya üzrə magistr ixtisasını fərqlənmə ilə bitirib. 2011-ci ildən BDU-nun “Sosial və Pedaqoji Psixologiya” fakültəsində müəllim vəzifəsində çalışır. Həmçinin 2012-ci ildən ARSN Psixi Sağlamlıq Mərkəzində Klinik Psixoloq vəzifəsində çalışır. Türkiyənin İstanbul, Ankara şəhərlərində ixtisası üzrə praktika keçib, 2014-cü ildə isə İdman Psixologiyası üzrə Almaniyanın Leipzig şəhərində 2 aylıq təhsil almışdır. Gənc psixoloqlara, tələbələrə mütəmadi olaraq psixoterapiya mövzüsünda treninqlər keçir.
Təlimdə iştirak üçün qeydiyyat linki: https://forms.gle/N6scH2fqCSZuGiqN9
Müraciət üçün son tarix: 25 aprel, 2022
Qeyd edək ki, təlimdə iştirak ödənişsizdir və iştirakçı sayı limitlidir. Buna görə də qeydiyyat formunu doldurmaq mütləqdir. Təlimin sonunda hər iki sessiyada tam iştirak edən şəxslər setifikatla təmin olunacaq.

Details

Start:
May 7 @ 10:00 səhər
End:
May 8 @ 2:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/1fiottCdF

Organizer

Baku Community Space
Email:
https://www.bakucommunityspace.com/

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map