
- This event has passed.
Kuir İncəsənət Festivalı – “Heç Kəsi Arxada Qoyma” (“HAQ”) yerli kinofestivalı
May 14, 2022 @ 11:00 səhər - May 19, 2022 @ 5:00 axşam
Free
Kuir İncəsənət Festivalı Bakı/Nəfəs LGBTİ “Heç Kəsi Arxada Qoyma” (“HAQ”) yerli kinofestivalında iştirak etmək üçün açıq çağırış elan edir!
Proqrama 14 MAY – 19 İYUN 2022-ci il tarixləri arasında Bakı, Azərbaycanda keçiriləcək layihəyə uyğun dizayn olunmuş ödənişsiz seminarlar daxildir. Müraciət üçün son tarix MAY ayının 12-dir və iştirakçılar ardıcıl olaraq (rolling bases) seçiləcək.
BMT-nin “Heç Kəsi Arxada Qoyma” agendasına fokslanaraq qadınların və həssas icmaların şəhər-quruculuğunda perspektivlərini vurğulamaq və şəhər memarlığında gender əsaslı ayrı-seçkilik və sosial bərabərsizliyə qarşı problemləri və həll yollarını müzakirə etmək məqsədli dizayn olunan seminarlar həftə sonları saat 11:00-dan 17:00-dək “Baku Community Space”-də (@bakucommunityspace) təşkil olunacaq.
Layihə müddətində iştirakçılar:
BMT-nin Davamlı İnkişaf Məqsədləri (xüsusilə HAQ agendası) və həmin agendanın yerli kontektsdəki şəhərsalma və icmalar üzərində necə təzahürünü araşdıracaq; Problemlərin müəyyən edilməsi, Konsepsiya və İdeyanın yaradılması və İdeya İnkişafı; Ssenari yazısı, çəkiliş və montaj təlimlərində iştirak edəcək.
Seminarları başa vurduqdan sonra hər bir iştirakçının “HKAQ” agendası fokslu və əsas süjet xətti şəhər-quruculuğunda gender inklüzivliyi məsələlərinə toxunacaq 2 qısametrajlı film (hər biri 3 dəqiqə) hazırlaması gözlənilir. Proqram zamanı və proqramdan sonra iştirakçılar filmin çəkiliş prosesi ilə bağlı peşəkarlardan dəstək alacaq və lazımi vəsaitlərlə təmin olunacaqlar.
FİLMÇİLİK VƏ URBANİZM MÖVZULARINDA TƏCRÜBƏYƏ SAHİB OLMAQ MƏCBUR/SEÇİM MEYARI DEYİL.