Skip to content
Loading Events

« All Events

  • This event has passed.

“Mediada Gender Təqdimatı” Təlimi

Dekabr 4, 2021 @ 12:00 axşam - 4:00 axşam

Free
Əziz dostlar,

QueeRadar, Fem-Utopia və Baku Community Space sizi "Mediada gender təqdimatı" mövzusunda təlimə dəvət edir!

Müxtəlif qurumlar tərəfindən hazırlanan araşdırmalar və media monitorinqi hesabatlarının göstərdiyi kimi, qadınlar və LGBTQİ+-lər gündəlik həyat, iş həyatı, idman, mədəni fəaliyyətlər və sosial problemlərlə bağlı mediada görünməzdirlər. Media qurumlarında qadın və LGBTQİ+-lər stereotiplər və ayrı-seçkiliyə yol açan dillə təmsil olunurlar. Üstəlik, hətta qadınların və LGBTQİ+-lərin qurban və zərərçəkən olduğu qətl və zorakılıq xəbərlərinin ictimaiyyətə təqdimatı belə, bu qruplar haqda ayrı-seçkilik xarakterli diskursların müxtəlif yollarla təkrar istehsal olunmasına şərait yaradır. Xəbərlər, istinad etdikləri mənbələrin seçimi, üstünlük verdiyi hekayə konstruksiyaları və vizual görüntülər, istifadə etdikləri dil və başlıq zorakılığı legitimləşdirərək, bu qrupları ayrı-seçkilik və zorakılıq qarşısında daha həssas edir.

Təlimin məqsədi gender əsaslı mövzular barəsində xəbər istehsalı zamanı ayrıseçkilik və nifrət nitqinin qarşısını almaq, həm də bu istiqamətdə mətbuatın inkişafına nail olmaqdır. Təlim yalnız jurnalistlər, bu sahə üzrə təhsil alanlar və ya gələcəkdə media qurumlarında çalışmaq istəyənlər üçün nəzərdə tutulub. Tədbirdə iştirak üçün qeydiyyat formunu doldurmaq mütləqdir.
Bu il QueeRadar LGBTIQ+ mövzusunun işıqlandırılması üçün təkbətək mentorluq və məqalə yazılışı layihəsini həyata keçirib və bu layihə çərçivəsində 10 müəllif bu layihədən yararlanıb.

Bundan əlavə, QueeRadar Mükafatı təsis olunub. Mükafat LGBTİQ+ hekayələrini diqqətdə saxlayan, queer vətəndaşların çətinlikləri və haqları uğrunda mübarizəsini işıqlandıran mətbuat işçilərini daha da həvəsləndirmək, onlara dəstək vermək məqsədilə yaradılıb. Eyni zamanda kuir müəlliflərin ortaya çıxmasına, öz hekayələrinin danışmasına sövq etmək üçün kuirləri də təltif edirlər. Tədbirdə bu ilin mükafatları təqdim olunacaq.

Details

Date:
Dekabr 4, 2021
Time:
12:00 axşam - 4:00 axşam
Cost:
Free
Event Tags:
, ,
Website:
https://fb.me/e/THrqpKuP

Organizers

Baku Community Space
QueeRadar
Fem-Utopia

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map