Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Mühazirə I Ukrayna müharibəsi azərbaycanlı reportyorun gözü ilə

İyun 17 @ 7:00 axşam - 8:00 axşam

Free
Əziz dostlar,

Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir!

📘 Mövzu I Ukrayna müharibəsi azərbaycanlı reportyorun gözü ilə

Tədbirdə azərbaycanlı reportyor Ukrayna müharibəsi dövründə çəkdiyi fotolar ətrafında çıxış edərək öz təcrübələrini bölüşəcəkdir.

🎙️ Spiker: Əziz Kərimov, fotoreportyor

Əzizin çəkdiyi fotolar 2013-cü ildə Associated Press agentliyində dərc olunmağa başlayır. Bundan sonra karyerasına müstəqil fotoqraf kimi başlayır. 2013-cü ildə Freedom House təşkilatının keçirdiyi müsabiqədə Azərbaycan, Bəhreyn, Belarus, Çin, Rusiya, Cənubi Sudan və Suriya da daxil olmaqla 20-dən çox ölkədən olan fotoşəkillərdən ibarət sərgi hazırlanır. Müxtəlif illərdə universitetlərdə Fotojurnalistika dərslərini tədris edib.

2020-ci ildə İkinci Qarabağ Müharibəsi dövründə çəkdiyi foto Associated Press Agentliyinin hazırladığı "2020-ci ilin Ən Maraqlı Fotoları" hesabatında yer alır.

2022-ci ildə Rusiya-Ukrayna mübahibəsini işıqlandırmaq üçün Azərbaycandan Ukraynaya ezam olunan ilk fotojurnalist olur.

🗓️ Tarix və məkan:

Mühazirə 17 İyun, saat 19:00-da başlayır. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.

Məkan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

🔗 Qeydiyyat:

Mühazirədə iştirak qeydiyyatladır. Yerlər məhduddur.

Qeydiyyat linki: https://forms.gle/ajj2Q8Ls3ABi9CMu6

Qeyd: Təşkil olunan tədbirdə iştiraka yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir.

Details

Date:
İyun 17
Time:
7:00 axşam - 8:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/o6CgqhmnL

Organizers

Əkinçi
Baku Community Space

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map