Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Mühazirə | Maddə asılılığı: səbəbləri və onunla mübarizə üçün mövcud resurslar

May 20 @ 7:00 axşam

Free
Əziz dostlar,

Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir!

📘 Mövzu: Maddə asılılığı: səbəbləri və onunla mübarizə üçün mövcud resurslar

Tədbirdə narkotik maddə asılılığının ehtimal olunan səbəblərindən bəziləri gözdən keçiriləcək və bu istiqamətdə müzakirə aparılacaq. Həmçinin, Azərbaycan təcrübəsində maddə asılılığı olan şəxslər üçün hansı imkanların mövcud olmasından danışılacaq.


🎙️ Spiker: Sənubər Heydərova, sosial işçi

Sənubər Heydərova sosiologiya üzrə bakalavr dərəcəsini bitirib. Magistr dərəcəsində sosial iş ixtisası üzrə ilk məzunlarından biridir. 2005-ci ildən müxtəlif yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edib. 2011-ci ildən ixtisası üzrə pedoqoji fəaliyyətə başlayıb. 2019-cu ildə Sosial Xidmətlər Mərkəzini təsis edib, indi də həmin mərkəzin direktoru vəzifəsində çalışır. Müharibə dövründən sonra əsas benefisiarları maddə asılılığı olan şəxslərdir.

🗓️ Tarix və məkan:

Mühazirə 20 May, saat 19:00-da başlayır. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.

Məkan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

🔗 Qeydiyyat:

Mühazirədə iştirak qeydiyyatladır. Yerlər məhduddur.

Qeydiyyat linki: https://forms.gle/YpFq66LPTJpV4J5n7

Qeyd: Təşkil olunan tədbirdə iştiraka yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir. Tədbir zamanı karantin rejiminin qaydalarına əməl etməyinizi və tibbi maskalardan istifadə etməyinizi xahiş edirik.

Details

Date:
May 20
Time:
7:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/2n38rhsmC

Organizers

Əkinçi
Baku Community Space

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map