
Əziz dostlar,
Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir!
Mövzu I Telefoni Bianchi: komediya - siyasi alət kimi
İtalyan kinosu müxtəlif mərhələlərində siyasi sistemlərin rənginə boyanıb və sistem-kino əlaqələrini görmək üçün bu kino əvəzsiz imkan yaradır. Ötən əsrin 30-cu illərinin italyan komediyası - Telefoni Bianchi misalında bu günkü kino və serial sənayesinə baxmaq mümkündürmü?
Spiker: Blogger, rejissor Elvin Cəbizadə
Elvin Cəbizadə rejissor və bloggerdir. Sinematek Türkiyə, Kino Analiz kurslarını bitirib. YouTube platformasında film analizləri edib.
Tarix və məkan:
Mühazirə 27 May, saat 19:00-da başlayır. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.
Məkan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)
Qeydiyyat:
Mühazirədə iştirak qeydiyyatladır. Yerlər məhduddur.
Qeydiyyat linki: https://forms.gle/AgAin4NyBgHCNECF6
Qeyd: Təşkil olunan tədbirdə iştiraka yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir. Tədbir zamanı karantin rejiminin qaydalarına əməl etməyinizi və tibbi maskalardan istifadə etməyinizi xahiş edirik.