Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Mühazirə | Azərbaycanda Qadın Hüquqları və COVID-19 pandemiyası

Mart 18 @ 7:00 axşam

Free
Əziz dostlar,

Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir!

📘 Mövzu: Azərbaycanda Qadın Hüquqları və COVID-19 pandemiyası

Mühazirədə “Azərbaycanda Qadın Hüquqları və COVID-19 Pandemiyası” adlı araşdırmanın nəticələrindən bəhz ediləcək, pandemiyanın təhsil, səhiyyə, məşğulluq, ailə münasinətləri və digər sahələrə olan təsirləri, həmçinin bu istiqamətdə çıxış yolları və tövsiyələr təqdim ediləcəkdir.

🎙️ Spiker: Şəhla İsmayıl, gender mütəxəssisi

Şəhla İsmayıl 25 ilə yaxındır ki, gender bərabərliyi və qadın hüquqları ilə məşğuldur. O, 20 yaşlı Rasional İnkişaf üçün Qadınlar Cəmiyyətinin (RİQC) sədri, İnsan Hüquqları Evi Fondunun Azərbaycandakı rəsmi nümayəndəsi, ABŞ-da yerləşən iki qadın fondunun – Qadınlar üçün Qlobal Fond və Qadın Hüquqları üzrə Təcili Yardım Fondunun məsləhətçisi, ilk gender yönümlü düşüncə mərkəzi “Gender Port”un direktorudur. 2020-ci ildə Şəhla İsmayıl 2 illk müddətinə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının koordinasiyası üzrə ölkə fasilitatoru seçilib.

Şəhla İsmayıl insan hüquqları, gender bərabərliyi, vətəndaş cəmiyyəti sahələrində 120-dən çox layihənin və 150-dən çox nəşrin müəllifi və idarəçisi olub. Gender ekspertizasına əlavə olaraq, Şəhla İsmayıl İnsan və İnstitusional Bacarıqların İnkişafı (HICD), həmçinin kommunikasiya, vəkillik və kouçinq üzrə sertifikatlı beynəlxalq mütəxəssisdir. 2018-ci ildə Böyük Britaniyada yerləşən Bərabər Hüquqlar Təşkilatı Şəhla İsmayılı ədalət və bərabərlik sahəsində 20 illik fəaliyyətinə görə Bob Hepple Bərabərlik Mükafatı ilə təltif edib.

🗓️ Tarix və məkan:

Mühazirə 18 Mart, saat 19:00-da başlayır. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.

Məkan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

🔗 Qeydiyyat:

Mühazirədə iştirak qeydiyyatladır. Yerlər məhduddur.

Qeydiyyat linki: https://forms.gle/tC1sWRoAuyZ75ykQ7

Qeyd: Təşkil olunan tədbirdə iştiraka yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir. Tədbir zamanı karantin rejiminin qaydalarına əməl etməyinizi və tibbi maskalardan istifadə etməyinizi xahiş edirik.

Details

Date:
Mart 18
Time:
7:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/2Z6lAzpsR

Organizers

Əkinçi
Baku Community Space

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map