Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Mühazirə | Azərbaycanın su ehtiyatları və iqlim dəyişmələri şəraitində idarəetmə problemləri

İyun 9 @ 7:00 axşam

Free
Əziz dostlar,

Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir!

📘 Mövzu: Azərbaycanın su ehtiyatları və iqlim dəyişmələri şəraitində idarəetmə problemləri

Aşağı axın ölkəsi olan Azərbaycanın su ehtiyatlarının 70 faizə yaxını xarici ölkələrin ərazisində formalaşır. Suvarma əkinçiliyinə əsaslanan kənd təsərrüfatı iri su itkiləri ilə xarakterizə olunur. Bu isə iqlim dəyişmələri şəraitində su idarəçiliyində həlli çətin olan problemlər yaratmaqdadır. Bir tərəfdən texniki problemlər, başqa tərəfdən isə iqlim dəyişmələrinin yaratdığı əlavə yüklər ölkənin müasir su idarəçiliyinə keçidini zəruri edir.

🎙️ Spiker: Ətraf mühit məsələləri üzrə ekspert, Rövşən Abbasov

Rövşən Abbasov Xəzər Universiteti Coğrafiya və Ətraf Mühit Departamentinin müdiridir. Onun son elmi fəaliyyəti su ehtiyatlarının idarə olunması, Ətraf mühitin çirklənməsi, ekosistem xidmətləri və dəyərləri ilə əlaqəlidir. O həm də GAHP (Global Alliance on Health and Pollution) Azərbaycan üzrə koordinatorudur. Hal-hazırda su idarəçiliyi, toksik çirklənmə, və dayanıqlı inkişaf üzrə bir neçə layihədə ekpert kimi fəaliyyət göstərir.

Rövşən Abbasov İPBES ekpert panelinin, Azərsu İctimai Şurasının, İCOMOS Azərbaycan Milli Komitəsinin üzvüdür.

🗓️ Tarix və məkan:

Mühazirə 9 İyun, saat 19:00-da başlayır. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.

Məkan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

🔗 Qeydiyyat:

Mühazirədə iştirak qeydiyyatladır. Yerlər məhduddur.
Qeydiyyat linki: https://forms.gle/1BfTFz6nzEm6hP6m9

Qeyd: Təşkil olunan tədbirdə iştiraka yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir.

Details

Date:
İyun 9
Time:
7:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/1TZE1VzOF

Organizers

Əkinçi
Baku Community Space

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map