Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Mühazirə | Cinsi sağlamlıq nə deməkdir?

Fevral 18 @ 7:00 axşam - 8:00 axşam

📘 Mövzu:
CİNSİ SAĞLAMLIQ NƏ DEMƏKDİR?
Cinsi sağlamlıq üçün nələr etmək lazımdır? Cinsi sağlamlıq üçün vacib olan amillər nələrdir? Patnyorla münasibətdə nələrə diqqət etmək lazımdır? Cinsi sağlamlıqda parnyorla ünsiyyətin rolu nədən ibarətdir?

🎙️ Spiker:
Şəbnəm Sadıqova, psixoloq, seks terapevt

Spiker haqda:
Azərbaycanda ilk dəfə olaraq sonsuzluq diaqnozundan müalicə alan cütlüklərə psixoterapiya yardımı sistemini qurmuşdur. Həmçinin ölkəmizdə ilk dəfə olaraq Online Psixoterapiya sistemini yaratmışdır. Artıq 6 ildən çoxdur ki ölkənin bir çox bölgələrindən və xarici ölkələrdən insanlar bu şansdan yararlanırlar.
Psixologiya üzrə təhsil aldığı qurumlar: Bakı Dövlət Universiteti (bakalavr), Azərbaycan Dövlət Pedaqoji Universiteti (magistr), Cərrahpaşa Tibb Fakültəsi psixiatriya departamenti (staj), Norveçin “Uni Health” mərkəzi tərəfindən təşkil olunmuş “Ailə psixoterapiyası” kursu, Danimarka/Kopenhagen Universiteti: psixoterapiya kursu, Hollandiya Şimali-Amsterdam, Zaandam və Maastricht şəhərlərində fərqli ekollarda psixoterapiya kursları, Ankarada Prof. Dr. Vamık Volkandan Psixoanalitik Psixoterapiya kursu, Avropa Seksologiya Federasiyası və Avropa Tibbi Seksologiya Cəmiyyəti tərəfindən keçirilən Tibbi cinsi sağlamlıq kursu və s.
Klinik fəaliyyətlərində və elmi araşdırmalarında psixi pozuntuların müəyyən edilməsi, müalicə yolları, sonsuzluq, hamiləlik dövrü çətinlikləri, cinsi problemlər və cinsi maarifləndirmə sahələrinə fokuslanmışdır. Psixologiya və psixiatriya sahəsindəki məlumatların hərkəs tərəfindən anlaşılmasını və istifadəsini məqsəd qoyan bir sıra yazılar və məqalələrin müəllifidir.

🗓️ Tarix və məkan:
Mühazirə 18 fevral, saat 19:00-da başlayır. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutmuşuq.

Ünvan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)
🔗 Qeydiyyat:
Mühazirədə iştirak qeydiyyatladır. Yerlər məhduddur.

Qeydiyyat linki - https://forms.gle/DU2tqnTmPnaq479v6
Qeyd: Təşkil olunan tədbirdə iştiraka yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir. Tədbir zamanı karantin rejiminin qaydalarına əməl etməyinizi və tibbi maskalardan istifadə etməyinizi xahiş edirik.

Details

Date:
Fevral 18
Time:
7:00 axşam - 8:00 axşam
Event Tags:
Website:
https://fb.me/e/2istj8uHJ

Organizers

Əkinçi
Baku Community Space

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map