Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Mühazirə | Davranış İqtisadiyyatı: irrasional qərarlarımızın arxasında nə durur?

Fevral 4, 2022 @ 7:00 axşam - 8:00 axşam

Free
Əziz dostlar,

Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir.

📘 Mövzu:

DAVRANIŞ İQTİSADİYYATI: İRRASIONAL QƏRARLARIMIZIN ARXASINDA NƏ DURUR?

Mövzu haqda: Davranış iqtisadiyyatı nədir və son zamanlar niyə trenddədir? Niyə əksər halda irrasional qərarlar qəbul edirik? Gündəlik həyatda verdiyimiz qərarlara öncədən təsir etmək mümkündürmü? Hələ ki davranış iqtisadiyyatının potensialından daha çox biznes bəhrələnir. Niyə? Niyə adi insanlar və dövlət davranış iqtisadiyyatının fəndlərinə yiyələnməkdə seyredici mövqedədir?

🎙️ Spiker:

İnqilab Əhmədov, Xəzər Universiteti, Avrasiya Bilik Mərkəzinin direktoru

Spiker haqda: İnqilab Əhmədov Xəzər Universitetinin professoru və 2010-cu ildən həmin Universitetdə fəaliyyət göstərən Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktorudur. Professor Əhmədov Almaniyanını Kil Dünya iqtisadiyyatı İnsitutunda (Kiel Institute for the World Economy), Böyük Britaniyanın Oksford (Oxford) və Reding (Reading) universitetlərində mühazirələrlə çıxış edib. Onun əsas tədqiqat sahəsi neft iqtisadiyyatı və dövlət maliyyəsidir. Prof. İnqilab Əhmədov indiyə qədər dərc edilən 30-dan çox kitab və məqalələrin müəllifidir. İnqilab Əhmədov Hasilat Sənayesi Şəffaflıq Təşəbbüsünün beynəlxalq İdarə Heyətinin üzvü olub. İnqilab Əhmədov Sankt-Peterburg Dövlət Maliyyə və İqtisad Universitetində 2000-ci ildə iqtisadiyyat üzrə doktorluq elmi dərəcəsi alıb, 2008-ci ildə Böyük Britaniyanın Redinq (Reading) Univesitetində Çeveninq (Chevening) proqramı çərçivəsində enerji iqtisadiyyatı kursu üzrə təhsil alıb.

Details

Date:
Fevral 4, 2022
Time:
7:00 axşam - 8:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/26QziuVnd

Organizers

Baku Community Space
Əkinçi

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map