Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Mühazirə | Dünyanın mövcudluğuna şübhə etməyə əsas varmı?

Mart 5, 2022 @ 6:00 axşam

Free
Əziz dostlar,

Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir!

📘 Mövzu: Dünyanın mövcudluğuna şübhə etməyə əsas varmı?

Ətrafımızdakı şeylərin, ümumi desək, dünyanın mövcudluğuna inam insanlar arasında ən dərin kök salmış inamlardan biridir. Ancaq fəlsəfə bu inamı da sorğulamaqdan çəkinmir. Bəs, dünyanın mövcudluğuna şübhə ilə yanaşmaq üçün hansı əsaslar ola bilər? Mühazirədə bu suala cavab verməyə çalışacağıq, mövcudluğa şübhəçi yanaşmanı motivasiya edən bir neçə arqumenti nəzərdən keçirəcəyik.

🎙️ Spiker:

Fəlsəfə doktoru Anar Cəfərov

Spiker haqda:

Anar Cəfərov Bakı Dövlət Universitetində tarix, Almaniyanın Qöttingen və Heydelberq universitetlərində isə fəlsəfə təhsili almışdır. Heydelberq Universitetinin PhD məzunudur. Hazırda Xəzər Universitetində müəllim işləyir.

🗓️ Tarix və məkan:

Mühazirə 5 Mart, saat 18:00-da başlayır. Qapılar saat 17.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.

Məkan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

🔗 Qeydiyyat:

Mühazirədə iştirak qeydiyyatladır. Yerlər məhduddur.

Qeydiyyat linki:

https://forms.gle/ngT9vRfYje8xK4hy6

Qeyd: Təşkil olunan tədbirdə iştiraka yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir. Tədbir zamanı karantin rejiminin qaydalarına əməl etməyinizi və tibbi maskalardan istifadə etməyinizi xahiş edirik.

Details

Date:
Mart 5, 2022
Time:
6:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/1Ok9yvvTW

Organizers

Əkinçi
Baku Community Space

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map