Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Mühazirə | Ərzaq itkisi: Ətraf mühit və iqtisadi problemlər

Aprel 8 @ 7:00 axşam - 8:00 axşam

Free
Əziz dostlar,

Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir!

📘 Mövzu: Ərzaq itkisi: Ətraf mühit və iqtisadi problemlər

Hər il dünyada təxminən 1,4 milyard ton ərzaq itkisi olur. FAO-nun araşdırmalarına əsasən dünyada 690 milyon insan aclıq içində yaşayır. Bu qədər insan aclıq içində olan halda, bu qədər ərzaq necə israf edilir? Ərzaq itkisinin yaratdığı digər ətraf mühit və iqtisadi problemlər haqda danışacayıq.

🎙️ Spiker: Ramil Əzməmmədov, kənd təsərrüfatı layihələri üzrə mütəxəssis

Ramil Əzməmmədov bakalavr təhsilini Azərbaycan Dövlət Aqrar Universitetində Kənd Təsərrüfatının İqtisadiyyatı və Magistr təhsilini Macarıstanın Sent İstvan Univesitetində Regionların İnkişafı və Aqrobiznes sahəsində almışdır.

2015-ci ildən Azərsun Holding və Agro Food İnvestments şirkətlərinin iri həcmli aqrar layihələrində çalışır. Asia İnkişaf Bankının layihələrində yerli expert kimi fəaliyyət göstərib. Eyni zamanda fermerlərə onlayn xidmət göstərən Dr. Agro startapının və Bifox gübrə istehsalı şirkətlərinin həmtəsisçisidir.

🗓️ Tarix və məkan:

Mühazirə 8 Aprel, saat 19:00-da başlayır. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.

Məkan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

🔗 Qeydiyyat:

Mühazirədə iştirak qeydiyyatladır. Yerlər məhduddur.

Qeydiyyat linki: https://forms.gle/hkPskM4RLuNWWSQD8

Qeyd: Təşkil olunan tədbirdə iştiraka yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir. Tədbir zamanı karantin rejiminin qaydalarına əməl etməyinizi və tibbi maskalardan istifadə etməyinizi xahiş edirik.

Details

Date:
Aprel 8
Time:
7:00 axşam - 8:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/1ASfG2z3a

Organizers

Əkinçi
Baku Community Space

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map