Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Mühazirə | Feminist epistemologiya və elm fəlsəfəsi

Fevral 25, 2022 @ 7:00 axşam

Free
📘 Mövzu:

FEMİNİST EPİSTEMOLOGİYA VƏ ELM FƏLSƏFƏSİ

Tədbir zamanı bu suallara cavab tapmağa çalışacağıq:

Dominant elmi bilik təcrübələri nədir və niyə problemlidir? Qadınlar elmi araşdırmaların həm obyekti həm də subyekti olaraq necə kənarda qalırlar? Feminist alimlər necə yeni suallar qoyub yeni nəticələrə əldə edirlər?"

🎙️ Spiker:

Nisə Hacıyeva

Spiker haqda:

Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. Daha sonra Turin Universiteti və Beynəlxalq Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədalət araşdırma İnstitutunun (UNICRI) Beynəlxalq Cinayət və Ədalət proqramı üzrə magistr dərəcəsi alıb. Hal hazırda Praqanın Çarlz Universitetində Elm fəlsəfəsi üzrə Ph.D. təhsili alır. Araşdırma mövzusu "Sosial elmlərin metodologiyasıdır". Eyni zamanda Templton Fondunun dəstəyi ilə Oksford Universitetinə "Determinizmin və Fatalizmin fenomenologiyası" mövzusunda tədqiqatçı kimi dəvətlidir.

🗓️ Tarix və məkan:

Mühazirə 25 fevral, saat 19:00-da başlayır. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutmuşuq.

Məkan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

🔗 Qeydiyyat:

Mühazirədə iştirak qeydiyyatladır. Yerlər məhduddur.

Qeydiyyat linki:

https://forms.gle/1FZynMVVgncyyXHb9

Qeyd: Təşkil olunan tədbirdə iştiraka yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir. Tədbir zamanı karantin rejiminin qaydalarına əməl etməyinizi və tibbi maskalardan istifadə etməyinizi xahiş edirik.

Details

Date:
Fevral 25, 2022
Time:
7:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/1IPG7QSbE

Organizers

Əkinçi
Baku Community Space

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map