Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Mühazirə | İcma yönəldən inkişaf: Qadınların dayanıqlı sülhün bərpasında rolu

May 6, 2022 @ 7:00 axşam - 7:30 axşam

Free
Əziz dostlar,

Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir!

📘 Mövzu: İcma yönəldən inkişaf: Qadınların dayanıqlı sülhün bərpasında rolu

Münaqişələrin qarşısının alınması və sülh quruculuğunda qadınların tam və bərabər iştirakının artırılması hökumətlər tərəfindən əsas prioritet kimi müəyyən edilir. Bununla belə, bir çox qlobal və regional öhdəliklərə və təşəbbüslərə baxmayaraq, rəsmi sülhyaratma proseslərinə daxil edilən qadınların sayı aşağı olaraq qalır və bir çox sülh sazişlərində qadınların təhlükəsizliyi və sülhməramlı ehtiyaclarını kifayət qədər həll edən gender müddəaları yoxdur. Qadınların onlara təsir edən qərar qəbuletmə proseslərində iştirak etmək üçün fundamental insan hüququ var, lakin qadınların sülh proseslərinə daxil edilməsi də strateji vacib şərtdir, çünki daha geniş perspektivləri daxil etmək daha davamlı sülhə gətirib çıxara bilər. Bu tədbirdə qadınların Qarabağın sülh quruculuğuna, yenidən qurulmasına və reabilitasiyasına cəlb edilməsi yollarından bəhs ediləcəkdir.

🎙️ Spiker: Şəmsiyyə Mustafayeva, gender və inkişaf eksperti

Şəms Mustafayeva, hal-hazırda BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisində Tərəfdaşlıq və İnkişafın Maliyyələşdirilməsi üzrə müşavir vəzifəsində çalışır. Onun əsas işi BMT-nin idarə heyətinin strateji tərəfdaşlıqlarının yaradılması və koordinasiyasına dəstək verməkdir. Şəms həyatının son 20 ilini üç əsas məqsədə həsr edib; regionda liderlik səriştələrinin artırılması, Azərbaycanda ali təhsilin idarəedilməsinin təkmiləşdirilməsi, milli və global məkanda qızların və qadınların iştirakçılığının artırılması. Şəms Azərbaycanda iki ali təhsil müəssisəsində, ADA Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, üst idarəetmədə çalışmış və Sülh Korpusu təşkilatının Təlim Direktoru kimi böyük miqyaslı təlimlərin təşkilinə rəhbərlik etmişdir. O, dövlət və qeyri-dövlət sektorunda orta və üst idarəetmədə çalışan menicerlərə, tələbə və gənc sahibkarlara, qaçqın və köçkünlərə, qadın və qızlara çoxsaylı liderlik və şəxsi inkişaf təlimləri keçmişdir. Şəms gender həssaslığı üzrə eksperti olmaqla yanaşı, “Qadınlar və Azərbaycanın Gələcəyi” də daxil olmaqla, bir çox qadın inkişafı layihələrinin təşəbbüskarıdır. Gender bərabərliyi və qadın iştirakçılığının artırılmasına verdiyi töhfələrə görə, Şəms 2017 ci ildə Hindistanda keçirilən, Qadınların İqtisadi Forumunda "Hamımız üçün daha yaxşı dünya yaradan ikonik qadın" ali mükafatına layiq görülüb.

🗓️ Tarix və məkan:

Mühazirə 6 May, saat 19:00-da başlayır. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.

Məkan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

🔗 Qeydiyyat:

Mühazirədə iştirak qeydiyyatladır. Yerlər məhduddur.

Qeydiyyat linki: https://forms.gle/fZhn3Yog8DviNjSi8

Qeyd: Təşkil olunan tədbirdə iştiraka yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir. Tədbir zamanı karantin rejiminin qaydalarına əməl etməyinizi və tibbi maskalardan istifadə etməyinizi xahiş edirik.

Details

Date:
May 6, 2022
Time:
7:00 axşam - 7:30 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/1v0U5VGUK

Organizers

Əkinçi
Baku Community Space

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map