Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Mühazirə | Metaverse və NFT nədir? Virtual dünyamız necə dəyişəcək?

Aprel 15, 2022 @ 7:00 axşam

Free
Əziz dostlar,

Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir!

📘 Mövzu: Metaverse və NFT nədir? Virtual dünyamız necə dəyişəcək?

Sosial medialar Metaverse inqilabına qarşı necə mübarizə aparacaq? Bu sahədə biznes mühitinin formalaşdırılması necə olacaq? NFT nədir və virtual dünyamızı necə dəyişə bilər?

🎙️ Spiker: Cavid Ağa, sosial media tədqiqatçısı

Cavid Ağa 10 ildən çoxdur sosial media araşdırmaları ilə məşğul olan bloggerdir. Hazırda BNE IntelliNews xəbər agentliyində Azərbaycan üzrə bölgə müxbiri kimi çalışır.

🗓️ Tarix və məkan:

Mühazirə 15 Aprel, saat 19:00-da başlayır. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.

Məkan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

🔗 Qeydiyyat:

Mühazirədə iştirak qeydiyyatladır. Yerlər məhduddur.

Qeydiyyat linki:
https://forms.gle/qr6BNvjgizonUVaE9

Qeyd: Təşkil olunan tədbirdə iştiraka yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir. Tədbir zamanı karantin rejiminin qaydalarına əməl etməyinizi və tibbi maskalardan istifadə etməyinizi xahiş edirik.

Details

Date:
Aprel 15, 2022
Time:
7:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/5cthRSadf

Organizers

Əkinçi
Baku Community Space

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map