Ritual Mobil Teatr Laboratoriyası Baku Community Space ilə birlikdə 5 mart tarixində 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar iki fərqli mövzuda mühazirə təqdim edir.
Ritual Mobil Teatr Laboratoriyasının üzvü, ərəbşünas Gülarə Əliyeva "Misirin bahar qadınları" mühazirəsini saat 14:00-da təqdim edəcəkdir.
Həmçinin Ritual Mobil Teatr Laboratoriyasının üzvü, Milli Elmlər Akademiyasında Memarlıq və İncəsənət İnstitutunun kiçik elmi işçisi Fidan Qasımova saat 15:30-da "Azərbaycan teatr tarixində qadın" mövzusu ilə çıxış edəcəkdir.
Tədbir hər kəs üçün açıqdır.
Ünvan: Bəşir Səfəroğlu 133 (SAT Plaza, 7-ci mərtəbə)