Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Mühazirə | Qadınların ədalət mühakiməsinə çatımlılığına əngəllər

Mart 11 @ 7:00 axşam

Free
Əziz dostlar,
Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir!

📘 Mövzu: Qadınların ədalət mühakiməsinə çatımlılığına əngəllər

Tədbirdə qadınların ədalət mühakiməsinə çatımlılığı qarşısında dayanan sosial-mədəni və hüquqi əngəllərə toxunulacaq. Qadınların ədalət mühakiməsi zəncirində addımbaşı rastlaşdıqları əngəllərdən və onların aradan qaldırılması yollarından, o cümlədən, formal və məzmunca bərabərlik, gender-həssas yanaşma, stereotiplərsiz və miflərsiz hüquqi müdafiə sistemlərindən bəhs ediləcək.

🎙️ Spiker:

Qadın haqları üzrə hüquqşünas, Vəfa Rüstəm

Spiker haqda:

2006-cı ildə BDU-nun hüquq fakültəsini bitirib. Avropa Humanitar Universiteti və İnsan haqları Evi Şəbəkəsinin Beynəlxalq insan haqları hüququ proqramının (2010-2011) məzunudur. Həmçinin AŞ və Aİ-nin dəstəyi ilə keçirilən Avropa İnsan Haqları Konvensiyasının ölkədaxili tətbiqi sahəsində hüquqşünas və hüquq müdafiəçilərinin bacarıqlarının artırılmasına dair” təlimçilər üzrə təlimləri (2013-2015) uğurla bitirmiş və təlimçi seçilmişdir. Strathclyde Universitetinin (Glasgow) “Qadınlara qarşı zorakılığın dərki: miflər və reallıq” adlı onlayn təliminin (2018) də məzunudur. Hal-hazırda isə Bolqarıstan Gender Tədqiqatları Fondunun təşkil etdiyi Qadınların İnsan Haqları Təlim İnstitutunun 8-ci təlim proqramında iştirak edir. On ildən çoxdur insan haqları, son illərdə isə xüsusən qadın haqları sahəsində ixtisaslaşıb, bu sahədə hüquqşünaslara, vəkillərə, eyni zamanda gənclərə və maraqlı şəxslərə təlimlər keçir, araşdırmalar aparır.
🗓️ Tarix və məkan:

Mühazirə 11 Mart, saat 19:00-da başlayır. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.

Məkan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

🔗 Qeydiyyat:

Mühazirədə iştirak qeydiyyatladır. Yerlər məhduddur.

Qeydiyyat linki:
https://forms.gle/czLEQTXpfirTTsKC8

Qeyd: Təşkil olunan tədbirdə iştiraka yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir. Tədbir zamanı karantin rejiminin qaydalarına əməl etməyinizi və tibbi maskalardan istifadə etməyinizi xahiş edirik.

Details

Date:
Mart 11
Time:
7:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/1wFdOw6wn

Organizers

Əkinçi
Baku Community Space

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map