Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Mühazirə | Şəhərlərimizi iqlim dəyişikliyinə necə adaptasiya etməliyik?

Aprel 1 @ 7:00 axşam

Free
Əziz dostlar,

Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir!

📘 Mövzu: Şəhərlərimizi iqlim dəyişikliyinə necə adaptasiya etməliyik?

İqlim dəyişikliyi hadisələrlə dolu dəyişkən dünyamızın XXI-ci əsrdə üzləşdiyi ən böyük çağırışlarından biridir. Bu gün dünya şəhərləri yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün müasir şəhərsalma yanaşmalarına və yüksək texnologiyalara üz tuturlar. İqlim dəyişikliyi bizi hansı problemlərlə üz-üzə qoyur? Bu yeni çağırışa Azərbaycan şəhərsalma məktəbi necə reaksiya verməlidir? Yaranmış vəziyyətə düzgün adaptasiya olunmaq üçün hansı tədbirlər görülməlidir? Dünya təcrübəsində hansı həll yolları mövcuddur? Qısa mühazirəmizdə bu suallara cavab verməyə çalışacağıq.

🎙️ Spiker: Bayram Axundov, şəhərsalma mövzuları üzrə müstəqil araşdırmaçı

2016-cı ildə BDU-nun Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsini bitirib. Təhsilini İsveçin Stokholm universitetində “Qlobalizasiya, ətraf mühit və sosial dəyişikliklər” magistratura proqramı üzrə davam edərək, 2020-ci ildə məzun olub. Hazırda bir çox şəhərsalma mövzuları üzrə araşdırmalar aparır, elmi jurnallar üçün məqalələr yazır, təlimlər keçir və beynəlxalq tədbirlərə qoşulur.

🗓️ Tarix və məkan:

Mühazirə 1 Aprel, saat 19:00-da başlayır. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.

Məkan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

🔗 Qeydiyyat:

Mühazirədə iştirak qeydiyyatladır. Yerlər məhduddur.

Qeydiyyat linki: https://forms.gle/9aSSdrjvyE1QF2QN9

Qeyd: Təşkil olunan tədbirdə iştiraka yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir. Tədbir zamanı karantin rejiminin qaydalarına əməl etməyinizi və tibbi maskalardan istifadə etməyinizi xahiş edirik

Details

Date:
Aprel 1
Time:
7:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/4dVP8zumO

Organizers

Baku Community Space
Əkinçi

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map