
Əziz dostlar,
Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir!
Mövzu: Sosial təşəbbüslər üçün fandreyzinq alətləri
İnsanlar nə üçün yaxşı səbəb olsa da, pul istəməyə utanır? Maliyyə axtarışı planı nədir? Hər kəs maliyyə toplaya bilər amma çoxu məqsədinə çatmayacaq. Uğurlu olmağı şərtləndirən amillər nələrdir?
Spiker: Toğrul İsmayılov, Toxum kraudfandinq platformasının həmtəsisçisi və əməliyyatlar üzrə meneceri
Toğrul İsmayılov Azərbaycan Dövlət İqtisad Universiteti və Doğu Akdeniz Universitetində marketinq menecmenti üzrə təhsil alıb. 2017-ci il Vilnüsdə "Public Speaking and outreach" mövzusunda felloşip proqramında olub. 2018-ci ildə təcrübə proqramı çərçivəsində Çexiya və Belarusda müxtəlif ekspert və siyasilərlə Siyasi Marketinq üzrə təcrübə mübadiləsi aparıb. 2019-cu ildə CEVRO Institute tərkibində "Transition Academy" proqramından məzun olub. Rapid Solutions, HR Company, Bakı Avropa Oyunları Əməliyyat Komitəsində Biznes inkişaf mütəxəssisi, İnsan Qaynaqları mütəxəssisi və təlimçi olaraq çalışıb.
Tarix və məkan:
Mühazirə 22 Aprel, saat 19:00-da başlayır. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.
Məkan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)
Qeydiyyat:
Mühazirədə iştirak qeydiyyatladır. Yerlər məhduddur.
Qeydiyyat linki: https://forms.gle/WpFgkwMc9xaq9Nxz7
Qeyd: Təşkil olunan tədbirdə iştiraka yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda icazə verilir. Tədbir zamanı karantin rejiminin qaydalarına əməl etməyinizi və tibbi maskalardan istifadə etməyinizi xahiş edirik