Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Mühazirə | Təhsil islahatlari niyə işləmir

Fevral 11 @ 7:00 axşam - 8:00 axşam

Əziz dostlar,

Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir.

📘 Mövzu: TƏHSİL İSLAHATLARI NİYƏ İŞLƏMİR

Mövzu haqda: Təhsil strategiyası necə olmalıdır? Əslində necədir? Dövlətin rolu və müdaxiləsi necə olmalıdır? Dəlil-əsaslı təhsil siyasəti nədir? Təhsildə islahatın istiqamətləri və onlar necə qiymətləndirilməlidir? Proqram yanaşması nədir? Nəticə-yönümlü islahatlar və izləmələr necə dizayn olunmalıdır? İslahatlara nə mane olur? Təhsil Nazirliyi və məktəblər: təhsilin dostları yoxsa düşmənləri?

🎙️ Spiker: Elçin Rəşidov

Spiker haqda: Elçin Rəşid dövlət maliyyəsi və təhsil iqtisadçısıdır. İdarəetmə, data, maliyyə, iqtisadiyyat üzrə 17 illik tədris təcrübəsinə malikdir. Bir neçə təhsil layihəsini dizayn və idarə etmiş və qiymətləndirmişdir.
Təhsil Nazirliyinə data analitikası və təhsilin maliyyələşməsi üzrə konsultasiya xidmətləri göstərmiş, Dünya Bankı ilə beynəlxalq təlim komandalarının rəhbəri kimi statistik təhlil, investisiya maliyyələşdirilməsi, proqram dizaynı və qiymətləndirilmə, texniki-iqtisadi qiymətləndirmə və risklərin idarə edilməsi təlimlərini, UNESCO ilə monitorinq və qiymətləndirilmə, dəstəkləyici liderlik, strateji planlama, təşkilati idarəetmə və ünsiyyət təlimlərini aparmışdır, investisiya proqramlaşdırılması modeli, texniki-iqtisadi qiymətləndirmələr, Tələbə Kredit Fondunun data, maliyyə və risk modellərini hazırlamışdır.

🗓️ Tarix və məkan:

Mühazirə 11 fevral, saat 19:00-da başlayır. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz.

Məkan: Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

🔗 Qeydiyyat:

Mühazirədə iştirak qeydiyyatla olacaq.

Qeydiyyat linki - https://forms.gle/DU2tqnTmPnaq479v6

Details

Date:
Fevral 11
Time:
7:00 axşam - 8:00 axşam
Event Tags:
Website:
https://fb.me/e/6ua2clMea

Organizers

Baku Community Space
Əkinçi

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map