Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Münaqişənin Gender Siması

İyul 30, 2022 @ 8:00 səhər - Avqust 6, 2022 @ 5:00 axşam

Free
Avropa İttifaqının “Stabillik və Sülhə Yardım” (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində keçirilən “Münaqişənin gender siması” təliminə qəbul elan edilir! 

Layihənin əsas məqsədi 18-25 yaş arası münaqişədən birbaşa və dolayı yolla təsirlənən gənclərin gender və münaqişə mövzusunda agahlıqlarının artırılmasıdır. 

Təlim zamanı gender və münaqişə, humanitar yardımın gender aspektləri, münaqişə transformasiyasında interseksional yanaşma, qadınların münaqişə transformasiya prosesində iştirakı ilə bağlı sessiyalar baş tutacaq. Münaqişədən birbaşa təsirlənmiş qadınların təcrübəsi layihə iştirakçıları ilə paylaşılacaq. 

Təlim sessiyaları zamanı iştirakçılar tərəfindən qazanılan bilik və təcrübələr praktiki tapşırıqlarla möhkəmləndiriləcək. 4 gün davam edəcək təlimlər peşəkar təlimçilər tərəfindən keçiriləcək. 4 günün hər birində tam iştirak zəruridir. Bütün sessiyalarda iştirak etmiş şəxslər sertifikatla təltif ediləcəklər. İştirakçı seçimi müraciət forması və müsahibə əsasında aparılacaq. Seçilmiş iştirakçılara digər detallar haqqında məlumat veriləcək. 
Müraciət üçün son tarix: 15 iyul 2022 
Keçirilmə tarixi: 30, 31 iyul, 6, 7 avqust üzbəüz (offline) 
Müraciət formunu bu keçid vasitəsilə tamamlaya bilərsiniz: https://forms.gle/7jwWLTnTtJwYjqgeA

Details

Start:
İyul 30, 2022 @ 8:00 səhər
End:
Avqust 6, 2022 @ 5:00 axşam
Cost:
Free
Event Tags:

Organizers

Baku Community Space
Münaqişənin Gender Siması

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map