Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Panel müzakirə: Feminizmlər X “Feminist esselər” kitabının təqdimatı

Dekabr 3, 2021 @ 7:00 axşam

Free
Feminizm bir çətirdir. O çətirin altında həm fəallıq, həm bir-birinə zidd olan nəzəriyyələr, həm də dünyaya müxtəlif baxış bucaqları cəmləşib.

Bu nəzəriyyələrin bəziləri bu tədbirdə təqdim olunub müzakirə olunacaq. Gülnara Mehdiyeva (Fem-Utopia layihəsinin həmtəsisçisi, feminist və LGBTI fəal) islam feminizminin prinsipləri və onun qərb feminizmi ilə ziddiyyətləri, Lalə Mahmudova (gender tədqiqatçısı, LGBTI və gender fəalı) interseksional feminizm, Turana Raven (Nəfəs LGBTI Azərbaycan Alyansının üzvü, LGBTI fəal, tədqiqatçı) kuir feminizm, Aysel Axundova (Femiskop kollektivinin həmtəsisçisi, tədqiqatçı) ksenofeminizm haqqında danışıb, müzakirə aparacaqlar. Müzakirəni Samirə Ələkbərli (Egalite komandasının üzvü, tədqiqatçı) moderasiya edəcək.

Bundan əlavə, Femiskop kollektivinin dərc etdiyi “Feminist esselər” kitabının təqdimatı yer alacaq. Tədbirin iştirakçılarına “Feminist esselər” kitabı hədiyyə olunacaq.

Bu tədbir 25 noyabr Qadınlara Qarşı Zorakılıq Əleyhinə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar təşkil olunub.





Details

Date:
Dekabr 3, 2021
Time:
7:00 axşam
Cost:
Free
Event Tags:
, , , ,
Website:
https://fb.me/e/1RNrt92Ik

Organizers

Fem-Utopia
Baku Community Space
Femiskop
Çağdaşçılar

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map