Rəsmi statistikaya görə, ölkədə 700 minə yaxın evdar qadın var. Ölkədə qadınların orta aylıq əmək haqqı kişilərə nəzərən az qala iki dəfə azdır. Əmək müqaviləsi ilə çalışan qadınların yarısı təhsil və səhiyyə sektorunda işləyir.
Resurs İqtisadçılar Klubunun təşkil etdiyi dəyirmi masa müzakirəsində qadınların əmək bazarında iştirakçılığı və bununla bağlı problemlər müzakirə ediləcək. Eləcə də, problemlərin həlli yolları axtarılacaq. Tədbir hər kəs üçün açıqdır. Müzakirənin moderatoru iqtisadçı Fərid Mehralızadə olacaq.