Əziz dostlar!
Bakı Araşdırmalar İnstitutu sizi 16.02.2022 tarixində saat 18:30-da “Sol spektr ideologiya nədir? Azərbaycanda sol” mövzusunda müzakirəyə dəvət edir. Müzakirədə Toğrul Vəliyev və Araz Bağırov iştirak edəcəklər. Moderator Samirə Ələkbərlidir.
Müzakirə Baku Community Space ilə birgə əməkdaşlıqla təşkil olunur və canlı auditoriya üçün açıq olacaq. Eyni zamanda facebook səhifələrimizdən canlı yayınlanacaq. Suallarınızı və şərhlərinizi bizə həm onlayn göndərə bilərsiniz, həm də gəlib canlı olaraq müzakirəyə qoşula bilərsiniz.