Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Sosial sahibkarlıq və qadınlar

Yanvar 25 @ 3:00 axşam - Yanvar 28 @ 6:00 axşam

Free
"Qadın üçün" təşəbbüs qrupu tərəfindən 25-28 yanvar tarixlərində saat 15:00-dan 18:00-a qədər "Sosial sahibkarlıq və qadınlar" başlığı altında təlim keçiriləcək. 4 günlük təlim proqramı çərçivəsində ideyanın reallaşması, sosial biznes modelin qurulması, dəyərlər və məqsədlər haqqında danışılacaq. Eyni zamanda, komanda işi, cəmiyyətə inteqrasiya, yerli və beynəlxalq imkanlar haqqında məlumat veriləcək.

Təlimin bütün sessiyalarında iştirak zəruridir. Qeyd edək ki, təlim iştirakçıları sertifikat ilə təltif ediləcək. Təlimdə iştirak ödənişsizdir.

Pandemiya ilə əlaqədar iştirakçıların sayı məhdud olduğu üçün qeydiyyatdan keçmək vacibdir.

Təlimçi haqqında: Sara Rəcəbli Azərbaycanda xüsusi ehtiyacı olan qadınları cəlb edərək “BUTA Art Sweets” ev şirniyyatlarına aid olan ilk sosial biznes layihəsinin və Sosial Biznes Gənclər Mərkəzinin təsisçisi, sosial sahibkarlıq üzrə təlimçi və mentor, BMT səviyyəsində sahibkarlığı təmsil edən ilk Azərbaycanlı sosial sahibkar, Prezident Mükafatı, Qlobal Startup 2020 və Şahzadə Diananın adına verilən Mükafatının ilk Azərbaycanlı qalibidir.

Details

Start:
Yanvar 25 @ 3:00 axşam
End:
Yanvar 28 @ 6:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/14ZjZon5r

Organizers

Qadın üçün
Baku Community Space

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map