Skip to content
Loading Events

« All Events

  • This event has passed.

“Sülh araşdırmalarına giriş” kitabının təqdimatı

İyul 16, 2022 @ 5:00 axşam - 6:00 axşam

Free
Əziz izləyici,
Barış akademiyası nəhayət ki, üzərində çalışdığı “Sülh araşdırmalarına giriş” kitabını oxuculara təqdim edir. 
16 İyul saat 17:00-da “Baku Community Space”-də baş tutacaq kitabın təqdimatında Barış akademiyası və “Sülh araşdırmalarına giriş” kitabı ilə bağlı təqdimatla yanaşı, layihə iştirakçıları tərəfindən müzakirələr təşkil olunacaq. 
90 dəqiqə davam edəcək tədbirdə iştirak ödənişsizdir. Həmçinin, tədbirdə iştirak edərək həm müzakirələrdə iştirak edə, həm də “Sülh araşdırmalarına giriş” kitabını ödənişsiz olaraq əldə edə bilərsiniz.
Qeyd edək ki, “Sülh araşdırmalarına giriş” kitabı sülh quruculuğu, sülh yaratma prosesi və transformasiyası ilə bağlı dəyərli fikirlərə və nəzəriyyələrə sahib olan John Paul Lederach, Johan Galtung, Christopher Mitchell, Wolfgang Dietrich və Wolfgang Sutzlın ideyalarının toplusunu özündə birləşdirir.
Barış akademiyasının təməli, mövcud və böyüməkdə olan sülh mütəxəssisləri, aktivist icmaları və daha geniş auditoriya üçün yüksək keyfiyyətli, interaktiv, əlçatımlı və davamlı sülh tədrisin yaradılması üzərində qurulub. Komandamız davamlı sülh üçün iqtisadi və siyasi razılaşmaların yetərli olmadığına və bunun üçün insanlar arasında ortaq mənəvi və intellektual həmrəyliyə ehtiyac duyulduğuna inanır və ərsəyə gətirdiyimiz bu akademik kitabın cəmiyyətimiz üçün faydalı və yararlı akademik vasitə olacağına ümid edirik!

Tarix: 16 İyul, 2022 saat 17:00
Ünvan: Baku Community Space
SAT Plaza, Bəşir Səfəroğlu 133, 7-ci mərtəbə
Əlaqə: 994 506 245 912
Barış Akademiyası - Barış Akademiyası barishacademy.org

Details

Date:
İyul 16, 2022
Time:
5:00 axşam - 6:00 axşam
Cost:
Free
Website:
https://fb.me/e/1UNdFcDE4

Organizers

Barış Akademiyası
Baku Community Space

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map