Skip to content
Loading Events

« All Events

  • This event has passed.

Təhsil seminarı: Azərbaycanlı şagirdlər üçün təqaüd proqramı

Fevral 4, 2022 @ 5:00 axşam - 7:00 axşam

Free
UWC Azerbaijan və Baku Community Space sizi “Birləşmiş Dünya Kollecləri - BDK, Beynəlxalq Bakalavr Diplomu (UWC Colleges, IB Diploma)” təqaüd proqramı haqqında təqdimata dəvət edir!

Əgər 15-17 yaş aralığında olan və xaricdə kollec təhsili almaq, gələcəkdə nüfuzlu universitetlərə müraciət etmək fikrində olan gəncsinizsə, bu tədbir sayəsində sizə lazım olan məlumatlarla tanış olacaqsınız.

BDK, Beynəlxalq Bakalavr Diplomu (UWC Colleges, IB Diploma Programme) proqramı nədir? BDK məktəbləri dünyanın 150+ ölkəsindən tələbə qəbul edir, bu tələbələrin 75%-i təqaüdlər təhsil alır. Həmin məktəblər sülh və davamlılıq üzərində çalışır.

Bu proqram digərlərindən nə ilə fərqlənir? Müxtəlif ölkələrdən seçilən tələbələr Beynəlxalq Bakalavr Diplomu Proqramı çərçivəsində təhsil alarkən iki il birgə yaşayır və dərs keçir. BDK məktəblərində tədris olduqca maraqlıdır. Əsas fənnlərlə yanaşı şagirdlər humanitar elmlər, psixologiya, qlobal siyasət, sosial antropologiya, teatr, film, vizual incəsənət, ətraf mühit sistemləri və cəmiyyətlər, fransız dili,yapon dili, italyan dili və digər sahələrdə təhsili seçmək imkanı əldə edirlər.

Təqdimat müddətində BDK təqaüd proqramı və ərizəni necə doldurmaq lazımdır mövzusunda proqramın milli komitəsinin nümayəndəsi Günel İsakova çıxış edəcək.

Details

Date:
Fevral 4, 2022
Time:
5:00 axşam - 7:00 axşam
Cost:
Free
Event Tags:
Website:
https://fb.me/e/29OHLAqG7

Organizer

Baku Community Space
Email:
https://www.bakucommunityspace.com/

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map