Skip to content
Loading Events

« All Events

  • This event has passed.

“Yayım mediasında və rəqəmsal platformalarda storitellinq, hədəf auditoriyası və nəticələrin ölçülməsi” layihəsi

Fevral 10 @ 11:00 səhər - Fevral 13 @ 5:00 axşam

Free
JMMP (Journalism & Media Management Projects -Jurnalistika və Media İdarəçiliyi Layihələri) təşəbbüs qrupu Baku Community Space-də 10-13 fevral, 2022-ci il tarixində yayım və rəqəmsal media sahəsində peşəkar vərdişlərini inkişaf etdirmək istəyən jurnalistlər üçün təlim keçirəcək. Təlim təşəbbüs qrupunun “Yayım mediasında və rəqəmsal platformalarda storitellinq (hekayəçilik), hədəf auditoriyası və nəticələrin ölçülməsi” layihəsi çərçivəsində həyata keçirilir.

Dörd günlük nəzərdə tutulmuş təlim proqramı “Storitellinq (Hekayəqurma və söyləmə) texnikasının yayım jurnalistikası / rəqəmsal mediada tətbiqi və «Google Analitics»in onlayn mediada yeri” mövzusunda olacaq. Təlimçilər USAID-in beynəlxalq media mentorluq dərəcəsini almış jurnalistlər Samirə Həsənli və Ramil Zeynallı olacaq. Təlimdə nəzəri və praktiki bilgilər ən son beynəxalq təlim standartlarına uyğun hazırlanıb. Seçiləcək 10 jurnalist təlimin sonunda praktiki media məhsulları hazırlayacaq.

Details

Start:
Fevral 10 @ 11:00 səhər
End:
Fevral 13 @ 5:00 axşam
Cost:
Free
Event Tags:
,

Organizers

Baku Community Space
JMMP – Journalism & Media Management Projects

Venue

Baku Community Space
Bəşir Səfəroğlu 133, SAT plaza
Baku, AZ1009 Azerbaijan
+ Google Map