Skip to content

Qadın Liderlik Məktəbi

Baku Community Space Bəşir Səfəroğlu 133, SAT plaza, Baku, Azerbaijan

Baku Community Space “Qadın Liderlik Məktəbi” proqramı üçün müraciətləri açıq elan edir!

Proqram Bakıda yaşayan 18-35 yaş aralığında olan qadınların icmalarda iştirakını artırmaq və qadın problemlərinin həllinə töhfə verəcək liderlərin inkişafına şərait yaratmaq məqsədi daşıyır.

Seçilən iştirakçılar gender bərəbərliyi, layihə idarəetməsi, ictimai natiqlik, debat və sosial media kampaniyalarının idarəedilməsi və digər mövzular üzrə təlimlərdə iştirak edəcəklər. Eyni zamanda layihə iştirakçıları müxtəlif məsələlərə gender perspektivindən baxış imkanı əldə edəcəklər. Təlimlər sosial və biznes sahələrindən olan ekspertlər tərəfindən keçiriləcəkdir və iştirak ödənişsizdir.

Təlimlərdə aktiv iştirak edən şəxslərə yekun mərhələdə öz layihələrini həyata keçirə bilmək üçün texniki və mentor dəstəyi göstəriləcəkdir.

Təlimlər həftəsonu və tətil günlərində 10:00-17:00 saat aralığında keçiriləcək.

Proqram özünü qadın olaraq identifikasiya edən və qadın sosiallaşması təcrübəsi olan bütün şəxslər üçün açıqdır.

Təlim məkanı əlilliyi olan şəxslər və çətin hərəkət qabiliyyəti olan şəxslər üçün müyəssərdir.

Proqram müddəti: 6 ay (fevral-avqust)
Müraciət üçün son tarix: 22 yanvar 2023

Müraciət anketi: https://forms.gle/uT9ZBQfWghMXDRD86
Anket vasitəsilə müraciət edən iştirakçılar müsahibə mərhələsindən keçməklə layihədə iştirak haqqı qazanırlar.

Əlavə məlumat üçün email: [email protected]

Telefon: +994513658689