Skip to content

Latest Past Events

Qadın Liderlik Məktəbi

Baku Community Space Bəşir Səfəroğlu 133, SAT plaza, Baku

Baku Community Space “Qadın Liderlik Məktəbi” proqramı üçün müraciətləri açıq elan edir!

Proqram Bakıda yaşayan 18-35 yaş aralığında olan qadınların icmalarda iştirakını artırmaq və qadın problemlərinin həllinə töhfə verəcək liderlərin inkişafına şərait yaratmaq məqsədi daşıyır.

Seçilən iştirakçılar gender bərəbərliyi, layihə idarəetməsi, ictimai natiqlik, debat və sosial media kampaniyalarının idarəedilməsi və digər mövzular üzrə təlimlərdə iştirak edəcəklər. Eyni zamanda layihə iştirakçıları müxtəlif məsələlərə gender perspektivindən baxış imkanı əldə edəcəklər. Təlimlər sosial və biznes sahələrindən olan ekspertlər tərəfindən keçiriləcəkdir və iştirak ödənişsizdir.

Təlimlərdə aktiv iştirak edən şəxslərə yekun mərhələdə öz layihələrini həyata keçirə bilmək üçün texniki və mentor dəstəyi göstəriləcəkdir.

Təlimlər həftəsonu və tətil günlərində 10:00-17:00 saat aralığında keçiriləcək.

Proqram özünü qadın olaraq identifikasiya edən və qadın sosiallaşması təcrübəsi olan bütün şəxslər üçün açıqdır.

Təlim məkanı əlilliyi olan şəxslər və çətin hərəkət qabiliyyəti olan şəxslər üçün müyəssərdir.

Proqram müddəti: 6 ay (fevral-avqust)
Müraciət üçün son tarix: 22 yanvar 2023

Müraciət anketi: https://forms.gle/uT9ZBQfWghMXDRD86
Anket vasitəsilə müraciət edən iştirakçılar müsahibə mərhələsindən keçməklə layihədə iştirak haqqı qazanırlar.

Əlavə məlumat üçün email: [email protected]

Telefon: +994513658689

Qadınların əmək bazarında iştirakçılığı: Problemlər və həlli yolları

Baku Community Space Bəşir Səfəroğlu 133, SAT plaza, Baku

Rəsmi statistikaya görə, ölkədə 700 minə yaxın evdar qadın var. Ölkədə qadınların orta aylıq əmək haqqı kişilərə nəzərən az qala iki dəfə azdır. Əmək müqaviləsi ilə çalışan qadınların yarısı təhsil və səhiyyə sektorunda işləyir. Resurs İqtisadçılar Klubunun təşkil etdiyi dəyirmi masa müzakirəsində qadınların əmək bazarında iştirakçılığı və bununla bağlı problemlər müzakirə ediləcək. Eləcə də, problemlərin… Read More »Qadınların əmək bazarında iştirakçılığı: Problemlər və həlli yolları

Free

Münaqişənin Gender Siması

Baku Community Space Bəşir Səfəroğlu 133, SAT plaza, Baku

Avropa İttifaqının “Stabillik və Sülhə Yardım” (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində keçirilən “Münaqişənin gender siması” təliminə qəbul elan edilir! Layihənin əsas məqsədi 18-25 yaş arası münaqişədən birbaşa və dolayı yolla təsirlənən gənclərin gender və münaqişə mövzusunda agahlıqlarının artırılmasıdır. Təlim zamanı gender və münaqişə,… Read More »Münaqişənin Gender Siması

Free