Komanda

Gülər Abbaslı
Proqram Meneceri / Həmtəsisçi

Zivər Əlizadə
Layihə Meneceri

Kamran Əzizli
Resurs və İnkişaf Meneceri / Həmtəsisçi

Əli Abbasov
Layihə Koordinatoru

Nəzrin Allahverdiyeva
İcma Meneceri / Həmtəsisçi

Fatma İsmayılova
Sosial Media Meneceri
Məsləhət şurası

İlahə Abaslı
İlahə Abaslı International Institute for Social Studies / Erasmus University of Rotterdamda sosial elmlər və dayanıqlılıq üzrə PhD təqiqatçısıdır. İlahə daha öncə BMT, GIZ, SİDA və yerli QHT-lərlə sosial-iqtisadi inkişaf layihələrdə çalışıb. O, həmçinin Femiskop platformasının həmtəsisçisidir.

Anar Vəliyev
Dr. Anar Vəliyev hazırda ADA universitetində İctimai və Beynəlxalq Əlaqələr fakültəsinin dekanı, dosent və Jean Monnet Avropa Tədqiqatları Proqramının sədridir. Onun ixtisaslaşdığı sahələr postsovet respublikalarının dövlət siyasəti; demokratiya və idarəetmə; şəhərsalma və planlaşdırmadır.

Vüqar Salamlı
Vüqar Salamlı Əkinçi layihəsinin təsisçisi və icraçı direktorudur. 2009-2013 illərində Vüqar Azad Fikir Universiteti layihəsinə rəhbərlik edib. 2016-cı ildə Harvard Universitetinin Kennedi Dövət İdarəçilik Məktəbinin məzunu olub. Stanford Universitetində demokratik inkişaf, Vaşinqton Universitetində isə qeyri-gəlir təşkilatlarının idarə edilməsi üzrə təqaüd proqramlarında iştirak edib.

Rəşad Hüseynov
Rəşad Hüseynov ictimaiyyətlə əlaqələr, siyasi məsələlər və media sahələrində 20 ildən artıq təcrübəyə malikdir. Hazırda BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçisidir. Bundan əvvəl isə ATƏT-in Vyanadakı qərargahında ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis və illik hesabatın redaktoru; ATƏT-in Bakı Ofisində informasiya xidmətinin rəhbəri; İsrailin Azərbaycandakı səfirliyində mətbuat departamentinin direktoru; habelə ölkənin müxtəlif media orqanlarında müxbir, redaktor və xəbər aparıcısı vəzifələrində çalışıb. Avropa İttifaqı və BMT-nin Əhali Fondu üçün konsultant xidmətləri göstərib. Rəşad Hüseynov siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Sara Rəcəbli
Sara Rəcəbli, sosial sahibkar, Azərbaycanda xüsusi ehtiyacı olan qadınları cəlb edən "BUTA Art & Sweets" ilk şirniyyat layihəsinin və Sosial Biznes Gənclər Mərkəzinin təsisçisi, sosial sahibkarlıq üzrə təlimçi və mentordur.